Yeni Fikirlər
Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadı Ağacların Həyatımızdakı Rolu və Əhəmiyyəti Ormanların Önəmini Anlamaq Azərbaycan Ədəbiyyatının Tarixi Kainatın sirrləri nə vaxtsa açılacaqmı?
Musiqi haqqında düşüncələrim belədir
Musiqi haqqında düşüncələrim belədir
Yaşadığım mühitdə insanlar, açığını deyim, bayağı musiqilərə daha çox qulaq asırdılar. Kimisi meyxana, kimisi küçə janrında nəsə — zövqsüz, ruhsuz. O dövrlərdə, 1990-cı illərdə, mən də arada Elşənlə Aqşinin bəzi kasetlərini alıb qulaq asırdım. Meyxananın özü isə heç vaxt məni cəlb etməyib. Çünki orda insanın ruhunu dincəldən, düşüncəyə dalmağa vadar edən heç nə yox idi. Əksinə, aqressiya, kobudluq, bayağı bir enerji. Hiss edirdim ki, bu səs məni daha da yorur.

Sonra musiqi zövqüm yavaş-yavaş dəyişməyə başladı. Modern Talking dinlədiyim dövr gəldi — onların melodiyasında başqa bir dünya vardı. Sanki insanı alıb özündə aparan bir sehri. 2000-ci illərdən sonra isə artıq elektron musiqi həyatımın ayrılmaz hissəsi oldu. Hərdən Arash da dinləyirdim, amma o da sırf pop xatirinə.

O vaxtlar DJ-lər də zövqümə təsir etdi — DJ Alligator, Kate Melody, K.Melody... Sakit, melodiyası yadda qalan, insana dərinlik verən, içini oyadan musiqilər. Bəziləri elə onların musiqilərindən başladı.

Uşaqlıqda isə müxtəlif dillərdə köhnə mahnılar dinləyirdim — rus, ərəb, italyan... Max Coo, Steve Coo kimi adlar o vaxtdan yadımda qalıb. Harda səslərini eşidirdimsə, bilirdim kim oxuyur, hansı dövrə aiddir. Mahnının adını və ruhunu tanıyırdım.

2011-dən sonra zövqüm daha da dəqiqləşdi. Artıq daha sakit, melodiyası insanın içinə işləyən mahnılara qulaq asmağa başladım. Idenline kimi DJ-lər vardı — onların musiqisi sanki düşüncələrimlə danışırdı. Kate Melody-nin qeyri-adi səsi isə elə bil ruhumun bir yerinə toxunurdu.

Qaraqanı da ara-sıra dinləyirdim. Onun sözlərində bir az həqiqət, bir az acı reallıq vardı. Amma bu da müəyyən dövr üçün idi. Türklər isə — uşaq vaxtı dinləsəm də, sonralar onlara marağım azaldı. İndi demək olar ki, ümumiyyətlə dinləmirəm. Çünki vaxt keçdikcə anlayırsan ki, hər mahnının daşıdığı ruh, enerjisi olmalıdır.

2020-dən sonra isə musiqi zövqüm iki yol ayrıcına çevrildi. Bir tərəfdən köhnələrə qayıdış — Paul Mauriat, Rare Bird-in “Sympathy”si kimi klassiklər. Digər tərəfdən isə yeniliklər axtarışı — Jambeats, Umar Keyn, Hilola Samirazar... Onlar musiqidə səmimiyyətə, zövqə, ruha toxunan sənətçilərdir. Onları dinləyəndə başa düşürsən ki, musiqi sadəcə səs deyil — içində bir həyat fəlsəfəsidir.

Onlardan sonra bizim toylarda səslənən musiqilər lap mənasız gəlir. Hətta adlarını çəkməyə belə utanıram. Azad Şabanov kimi bəlkə bir-iki ifaçı var ki, onlara qulaq asmaq olar. Onun da musiqiləri sənət üçün edilən işdir, dəbli dalğaya minmək üçün yox.

Bizim ölkədə problem ondadır ki, bir az tanınan kimi müğənnilər elə bilirlər artıq dünya onların ayaqları altındadır. Təvazökarlıq sıfır, özlərini elə aparırlar ki, sanki abidə qoydurası adamdılar. Halbuki, məsələn, Inna — gözümü açandan oxuyur. Təxminən 30 ilə yaxındır səhnədədir. Hər dildə, hər janrda, hər səviyyədə ifa edir. Hələ də səmimi, hələ də şirin. Heç vaxt özünü "ulduz" kimi göstərmir.

Bəzən retro müğənnilərimizi dinləyəndə anlayırsan ki, o dövrün insanları musiqiyə necə yanaşırdı. O dövrə görə onlar həqiqətən də yaxşı oxuyurdular. Amma bu gün? Bizimkilər, məşhurluq səviyyəsi bir az düşən kimi ya davalara düşürlər, ya da daha da pis — şou yaratmaq üçün absurd yarışlara atılırlar. Dal böyütmə yarışı deyirsən, kim harda nə deyib, ona cavab deyirsən... Adam düşünür ki, bəs bu sənətdi?

Heç birinə hörmətim yoxdur.

Vaxtınızı belə zövqsüz adamlara, bayağı musiqilərə sərf etməyin. Musiqi — ruhu sakitləşdirməli, insanı rahatladıb həyat haqqında düşünməyə sövq etməlidir. Həyat dedikdə də təkcə məhəbbət-şirinlik söhbəti deyil. Həyat — varlıq, insan olmağın fəlsəfəsi, ruhun dərinliyi.

Bəlkə mənimlə çoxları razılaşar. Çünki musiqi — insanın güzgüsüdür. Sən kimin musiqisinə qulaq asırsansa, bir az da ona çevrilirsən.

Ona görə də seçdiyin musiqiyə diqqət et — çünki o, sənin ruhunun səsinə çevriləcək.
Şərhlər
Bəlkə baxdın
Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadı Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadıMatrix Filmi nə idi? Matrix Filmi nə idi?Kainatın sirrləri nə vaxtsa açılacaqmı? Kainatın sirrləri nə vaxtsa açılacaqmı?Süni İntellektin Müasir Cəmiyyətdəki Rolu Süni İntellektin Müasir Cəmiyyətdəki RoluUniversiumun Möcüzələri Universiumun MöcüzələriFiziki Fəaliyyətin Faydaları Fiziki Fəaliyyətin FaydalarıNəsil artırmada cinsiyyətin qohumluqla önəmi Nəsil artırmada cinsiyyətin qohumluqla önəmiHafızanı Necə Yaxşılaşdıra Bilərsən Hafızanı Necə Yaxşılaşdıra BilərsənYenilənən Enerji Kaynaklarının Əhəmiyyəti Yenilənən Enerji Kaynaklarının ƏhəmiyyətiKognitiv Psixologiyaya Dair Əsasları Anlamaq Kognitiv Psixologiyaya Dair Əsasları AnlamaqMüasir İncəsənətin Dəyərləri və Təsiri Müasir İncəsənətin Dəyərləri və TəsiriAzərbaycanda BMW Sahibi olmaq Azərbaycanda BMW Sahibi olmaqKofenin Tarixi Kofenin TarixiMessi Azərbaycana xoş gəlib Messi Azərbaycana xoş gəlibAntik dövrdə  ən müasir şeylər nələr idi? Antik dövrdə ən müasir şeylər nələr idi?