Son zamanlar yol hərəkət qaydalarına əlavə olunan yeni qanunla maşından əli çölə çıxarmaq qadağan edildi. Açığı, mən bunun rəsmi izahını – təhlükəsizlik məqsədi – başa düşürəm, amma şəxsi düşüncəmə görə bu qanunun məqsədi elə təhlükəsizlik deyil. Daha çox ölkədəki gənclərin belə davranışını tənzimləmək, qarşı tərəfdə mənfi fikir yaratmamaq və bəzən də adət-ənənəyə sadiq qalmaqdır. Çünki bir az obyektiv baxanda, əlini çölə çıxaran insanı bəzən dəbbəlik, yekəxanalıq, yaxud “mən buradayam” demək kimi qəbul edirlər. Ona görə də, Daxili İşlər Nazirliyi bunu qanunla tənzimləyir, amma açıq deyə bilməz ki, “hörmətsizlikdir, cərimələnəcəksiniz”. Daha mədəni bir şəkildə, “əlinizi içəridə saxlayın, biraz mədəni olun” deyirlər.
Məncə, qanunlaşdırmaq və cərimə tətbiq etmək bir az sərtdir. Çünki hər kəs eyni məqsədlə etmirsə, demək olar ki, bu qərar həm sərt, həm də bir az həddən artıqdır. Statistikaya baxanda deyə bilərik ki, təxminən 30 faiz insanlar əlini çölə çıxarır yekəxanalıqdan, “mən buradayam” kimi, amma qalan 70 faiz sadəcə isti havadan, kondisionerin gücü kifayət etmədiyi üçün, ya da qolun altından girən külək adamı bir az sərinlətdiyi üçün edir. Mən də eləmişəm bunu – və sizə deyim, qolun altından girən külək həqiqətən insanı yaxşı sərinlədir. Heç yekəxanalıq, nümayişkarlıq, ya da “mən fərqləyirəm” hissi yaranmır.
İndi bu qanun tətbiq olunandan sonra özümü daha tərgiyə başlamışam. Çünki maşının kondisioneri yaxşı işləyir, qazını doldurmuşam və o işini görür. Köhnə 96-cı ilin 39 Kuza-sını sürürəm, amma mənim üçün bu maşın xüsusidir, sadiqdir. Həm də maşının içi daha təmiz qalır – aynalar bağlı olanda toz və çirklənmə olmur. Əslində, belə baxanda qanunun faydası da var: həm tərgiyə öyrəşirsən, həm maşın təmiz qalır, həm də isti havada sərinlik üçün başqa yollar tapırsan.
Amma yenə də düşünürəm ki, bu qanun bir az sərtdir. Çünki insanların çoxu sadəcə rahatlıq üçün edir, yekəxanalıq üçün yox. Ona görə, qanun tətbiq edilərkən cərimə miqdarı və sərtliyi balanslı olsaydı, daha məntiqli olardı. Bütün bunlar mənim şəxsi fikirlərimdir, amma maraqlıdır, başqaları necə düşünür. Sizcə, bu qanun praktikdir, yoxsa bir qədər sərtdir və gündəlik həyatı məcburi şəkildə məhdudlaşdırır?