Yeni Fikirlər
İpək Yolu'nun Qlobalizasiyaya Töhfəsi Kvant Fizikasının Büyüləyici Dünyası Sosial Media xəstəliyi: psixoloji sağlamlığımızı necə təhdid edir? Kvant Fizikanın Büyüləyici Dünyası Meditasiyanın Faydaları Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə
Gözlədiyim kino kolleksionçu (The Collector 3)
Gözlədiyim kino kolleksionçu (The Collector 3)
🎬 10 ildən çoxdur gözlədiyim film... amma çəkilmədi?!
🔗


Kino aləmində hər kəsin içində bir film olur ki, illərlə gözləyir, hər yenilikdə ümid edir, hər açıqlamada sevinir. Mənim üçün o film The Collector 3 – ya da başqa adı ilə The Collected idi. İlk iki hissə məni elə ovsunlamışdı ki, illərdir üçüncü hissənin gələcəyini gözləyirdim.

Amma nə baş verdi? 10 ildən sonra tam "çıxır" dediyimiz anda, çəkiliş başlamış, hətta bəzi səhnələr lentə alınmışdı – film ləğv edildi. İnanılmazdır. Bu qədər illik gözlənti, bu qədər fan dəstəyi... və sadəcə yox saydılar. Qarınları niyə ağrıyıb, nə baş verib – heç izah da etmirlər. Sadəcə susdular.

Əvvəl 99 seriyalı Jigsaw, Saw filmləri çəkən adamlarsınız, onu bacardınız, amma bunu niyə bacarmadınız? Bu qədər yaxşı qurulmuş bir qorxu kainatını, belə mistik bir obrazı – The Collector – necə yarımçıq qoymaq olar?

Eh nə bilim…

Məncə, bu sadəcə film deyil, məyusluqla dolu bir gözləntidir. Bu filmlə böyüyən, qorxu janrını sevən, klassik slasher ruhunu axtaran hər kəs üçün bir itki idi bu.

📌 Kolleksiyonçu 1 və 2 izləməyənlər mütləq izləsinlər. Çünki son səhnədə elə bir nöqtəyə gəlirik ki... üçüncü filmin gəlməməsi kinosevər üçün az qala xəyanət kimidir.

🎥 Sonda o məşhur səhnəni buraya qoyuram, izləyin və özünüz qərar verin:
Bu hekayə tamamlanmağa layiq deyildimi?
▶️ YouTube səhnəsi
Şərhlər
Bəlkə baxdın
Özünü Qayğıya Almağın Əhəmiyyəti Özünü Qayğıya Almağın ƏhəmiyyətiSağlam həyat tərzi üçün idmanın önəmi Sağlam həyat tərzi üçün idmanın önəmiKodak 3D portrait aldım amma başıma gəlməyən qalmadı Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadıSosial Media Cəmiyyət üzərindəki Təsiri Sosial Media Cəmiyyət üzərindəki TəsiriBədəninizi Qorumaq: Dəngəli Qidaların Əhəmiyyəti Bədəninizi Qorumaq: Dəngəli Qidaların ƏhəmiyyətiHəyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür? Həyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür?Adsterra-dan necə pul qazana bilərəm? Adsterra-dan necə pul qazana bilərəm?Azərbaycanda heç yaxşı şeylər yoxdu? Azərbaycanda heç yaxşı şeylər yoxdu?Daimi İdmanın Faydaları Daimi İdmanın FaydalarıKosmosun Dərinliyini Anlamaq Kosmosun Dərinliyini AnlamaqSüni İntellektin İnkşafı Süni İntellektin İnkşafıŞəxsi Sağlamlıqda Süni İntellektin Rolu Şəxsi Sağlamlıqda Süni İntellektin RoluKainatın sirrləri nə vaxtsa açılacaqmı? Kainatın sirrləri nə vaxtsa açılacaqmı?Ağstafa: Kənd Poyluda istixana planım Ağstafa: Kənd Poyluda istixana planımKvant Fizikasının Böyükləyici Dünyası Kvant Fizikasının Böyükləyici Dünyası