Yeni Fikirlər
Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadı Ağacların Həyatımızdakı Rolu və Əhəmiyyəti Ormanların Önəmini Anlamaq Azərbaycan Ədəbiyyatının Tarixi Kainatın sirrləri nə vaxtsa açılacaqmı?
Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadı
Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadı
Texnologiyaya marağım həmişə olub. Xüsusən də 3D çap sahəsinə. Uzun müddətdir bu sahəni izləyir, müxtəlif printer modelləri haqqında araşdırmalar edirdim. Amma heç vaxt konkret addım atmamışdım. Hər zaman düşündüm ki, bu sahəyə giriş üçün ya çox pul, ya da texniki bilik lazımdır. Nə qədər səhv etdiyimi isə sonradan anladım...

Axtarışlar və ilk təəssürat
Bir gün Tap.az saytında təsadüfən 3D printerlərə baxırdım. Birdən qarşıma “Kodak 3D Printer” çıxdı. Açığı, “Kodak” adını görəndə bir az təəccübləndim. Bu brendin daha çox fotoaparatlarla məşhur olduğunu bilirdim, amma demə, 3D printerlər sahəsinə də daxil olubmuşlar.

İlanın quyruğu burdan başladı.

Təklifi oxuyanda gözümə ilk çarpan xüsusiyyət 25x25 sm çap sahəsi oldu – bu, əksər başlanğıc səviyyəli printerlərə görə xeyli genişdir. Ardınca ikili ekstruder dəstəyi, fərqli filament növləri ilə uyğunluq, qapalı korpus kimi üstünlükləri oxudum. Dedim ki, “əgər bu dedikləri doğrudursa, alınası cihazdır!”

Zəng etdim satıcıya, o da çox təriflədi: “Müthiş cihazdır, çox məmnun qalacaqsan.” Mən də qərarımı verdim və 1300 manat ödəyib bir tanışım vasitəsilə printeri rayona gətizdirdim.

İlk işə salma – Həyəcan və çaşqınlıq
Cihazı ilk dəfə qoşduğum anı indi də xatırlayıram. Elə bir həyəcan var idi ki, sanki yeni bir dövr başlayırdı. Printer işə düşdü, amma bir az qəribə işləyirdi. Sanki nəyəsə dirənirdi, ya da sürünə-sürünə hərəkət edirdi. İlk printerim olduğu üçün düşündüm: “Bəlkə də hamısı belə işləyir...”

Amma zamanla problemlər bir-bir üzə çıxmağa başladı. Çap zamanı sapmalar, materialın axmaması, dayandırma zamanı filamentin dağılması və s. Bunlar artıq məni düşündürməyə başladı.

Texniki müdaxilə – Özüm söküb düzəltdim
Nəhayət, bir gün dözə bilmədim və printeri sökməyə qərar verdim. Orta oxda yerləşən diyircəkləri diqqətlə yoxlayanda gördüm ki, fabrika səhvi ilə düzgün yerləşdirilməyib. Onları düzəltdim, sistemə bir az yağ vurub yenidən topladım. Və nə baş verdi? Printer bir az canlandı, artıq əvvəlki kimi ilişmirdi.

Amma texniki nasazlıqlar bununla bitmədi. Bu dəfə proqram təminatı tərəfindən zülm başladı...

Klipper, Raspberry Pi və Süni Zəka yardımı
Printerin idarəetmə paneli bəzən donurdu, dayandırma-davam etdirmə funksiyası düzgün işləmir, çap keyfiyyəti də qeyri-sabit idi. Düşündüm ki, bunun proqram təminatında problem var. İnternetdə araşdırarkən Klipper adlı bir idarəetmə sisteminə rast gəldim. Oxuduğum yazılar çox texniki idi, amma o qədər marağım vardı ki, çəkinmədən başladım.

Bu zaman başa düşdüm ki, printerin içində Raspberry Pi 3B yerləşdirilib. Bu kiçik kompüter vasitəsilə printeri tamamilə fərqli səviyyəyə qaldırmaq mümkündür. Təsəvvür edin, artıq printeri kompüterdən və ya telefondan uzaqdan idarə edə bilərdim!

Burda ChatGPT-nin köməyini danmaq olmaz. Mənə həm SD karta faylların yazılması, həm də komandaların yerinə yetirilməsi prosesində addım-addım yardım etdi. Təbii ki, hər şey bir anda olmadı. SD kartı 10 dəfə söküb-taxdım, fayllar silindi, komandalar səhv yazıldı. Hər səhvdən dərs alıb təkrar sınadım. İki gecə yatmadan printerin başında işlədim.

Nəhayət, sistem tam oturdu. Klipper düzgün quraşdırıldı, Raspberry Pi yenidən işləməyə başladı, printerin interfeysi tamamilə dəyişdi. İndi printer 2-3 dəfə daha sürətli və stabil işləyir.

Son nəticə – Əsl texnoloji məmnunluq
Hazırda printerim tam gücü ilə işləyir. Özüm hazırladığım modelləri rahatlıqla çap edə bilirəm. İstər PLA, istər PETG, istər ABS – istənilən materialla işləmək olur. Çap keyfiyyəti heyrətamiz dərəcədə yaxşıdır. Hər detal dəqiq, hamar və səliqəlidir.

Bu təcrübə mənə çox şey öyrətdi:

Texnologiyaya güvənmək,

Araşdırmaqdan qorxmamaq,

Özün qur, özün öyrən fəlsəfəsi,

Və təbii ki, səbr!

Əgər siz də 3D çap dünyasına daxil olmaq istəyirsinizsə, bu yazı sizə motivasiya ola bilər. Bəli, çətinliklər olacaq. Amma hər çətinlikdən sonra gələn məmnunluq, öz əlinizlə düzəltdiyiniz sistemin işləməsini görmək, heç bir şeylə müqayisə olunmur.

Yaxın günlərdə çap etdiyim bir neçə modeli paylaşacağam. Bəlkə sizə də ilham olar.
Şərhlər
Bəlkə baxdın
Niyə Gündəlik Meditasiyaya Başlamaq Lazımdır? Niyə Gündəlik Meditasiyaya Başlamaq Lazımdır?Özünü Qayğıya Almağın Əhəmiyyəti Özünü Qayğıya Almağın ƏhəmiyyətiKognitiv Psixologiyaya Dair Əsasları Anlamaq Kognitiv Psixologiyaya Dair Əsasları Anlamaqİpək Yolu'nun Zəngin Tarixi İpək Yolu'nun Zəngin TarixiSüni İntellekti Anlamaq Süni İntellekti AnlamaqAzərbaycanda iş və ideya problemi Azərbaycanda iş və ideya problemiSosial Media'nın Qaranlıq Tərəfi Sosial Media'nın Qaranlıq TərəfiAzərbaycanda heç yaxşı şeylər yoxdu? Azərbaycanda heç yaxşı şeylər yoxdu?Azərbaycanda BMW Sahibi olmaq Azərbaycanda BMW Sahibi olmaqİqlim dəyişikliyinin okeanlara təsiri İqlim dəyişikliyinin okeanlara təsiriCanon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülərLağ etmək Lağ etməkYenilənən Enerji Kaynaklarının Əhəmiyyəti Yenilənən Enerji Kaynaklarının ƏhəmiyyətiBizi öldürməyən şey bizi gücləndirir? Bizi öldürməyən şey bizi gücləndirir?Yağışlar və buludlar necə yaranır? Yağışlar və buludlar necə yaranır?