Yeni Fikirlər
Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadı Ağacların Həyatımızdakı Rolu və Əhəmiyyəti Ormanların Önəmini Anlamaq Azərbaycan Ədəbiyyatının Tarixi Kainatın sirrləri nə vaxtsa açılacaqmı?
Hər bir cihazın bir ömrü var
Hər bir cihazın bir ömrü var
Hər bir cihazın ömrü var amma bizim cahil cəmiyyət bizim ömrümüzlə telefonun ömrünün eyni olduğunu hesab edir.
🔥 Mədəni şəkildə reklamını etmək, bilgiləndirmək lazımdır ki ay camaat telefon, kompüter və digər elektronik cihazların hesablanmış çip ömrü var, ustaların ömrünü gödək etməyin.

Keçən dəfə bir dostum (telefon təmiri dükanında işləyir) deyir ki inan ki Ramin elə adamlar gəlir elə şeylər deyir ki, məətəl qalıram ki bu insanlar nə yeyib içir?

Davamında dedi ki, o gün biri gəlib deyir ki elə et bu telefon bir də xarab olmasın. Telefon da Samsung A10s. Başa sala bilmirəm ki Samsung şirkəti bu telefona yas mərasimi filan keçirdilər keçən 7-8 il bundan qabaq.

Baxın başından danışıram, telefon şirkətləri bu cihazları yaradanda çiplərə planlı şəkildə ömür təyin edirlər haqqlı şəkildə, çünki bizim millət xarab olmasa gedib təzəsini almaz necə ki vaz 2106-nı gordan dirildib sürən millətik.

Çip köhnələndə onun içində olan mikro tranzistorlar daha yava məlumat alış-verişi edir və nəticədə menyunu basırsan 1 saniyə sonra menyuya girir və belə belə.

Bəs öz-özünüzə sual vermirsiz ki, bu telefonlar təzə olanda niyə belə cəld işləyir?

Planlı köhnəltmə olmasa telefon şirkətləri və digər cihazlar istehsal edən şirkətlər nə qazanar?

Elə istəyirsiz ki 1 telefon olsun həm müasir olsun həm də ömürlük. Bu mümkün deyil çünki elm gün-bə-gün inkişaf edir, hər ay yeni fikirlər, yeni ideyalar, yeni kəşflər meydana çıxır.

Vaxt var idi telefonlara mp3 funksiyası gələcək deyə çox sevinirdik. İllərlə insanlar amr, wav səs formatında olan səslərə qulaq asırdı.

Bu zaman üzərində irəliləyən bir alətdir. Cihazın ömrü bəzi faktorlara görə də azala bilər:
Məsəlçün daimi enerjiyə məruz qaldıqda, nəmli və isti yerlərdə, soyuq və tozlu yerlərdə daha tez performans düşüşü yaşaya bilər ən əsası da işləməyindən və istirahətindən asılıdır. Yeni telefonlarda gecə istirahət modu var. İstifadə edin.

[Bu aşağıdaki təxminlər səliqəli istifadədə mümkündür.

Mobil telefonlar 3 il ömür sürür yaxşı işlədilsə 5 il yaxşı performansda işləyə bilər.
Planşetlər 3-4 il.
Smart saatlar 7-8 il.
VR və digər rəqəmsal alətlər 5-7 il.
Stolüstü kompüterlər 10-12 il.
Noutbuklar isə 8-10 il ömür sürə bilər yaxşı şəraitdə.

Kompüter demişkən qonşumuz Müşfiq 15 il bundan qabaq Asus bir kompüter alıb, indiki texnologiya ilə heç cürə tab gətirmir. 3 dəfə bəlkə mən format etmişəm, qulluq etmişəm amma dirəşib ki, bu niyə yaxşı işləmir?

Həmin söhbəti ona da danışam gərək amma vaxt olmur. 🤔
Nəysə siz siz olun bu dediklərimi unutmayın, belə baxanda bu cihazlar nə əlçatmaz deyil nə də elə baha deyil.

5 ildən bir özünə bir telefon almağa qıymırsansa daha nə deyim.
Hər   bir   cihazın   bir   ömrü   var  
Şərhlər
Bəlkə baxdın
Hər bir cihazın bir ömrü var Hər bir cihazın bir ömrü varBizi öldürməyən şey bizi gücləndirir? Bizi öldürməyən şey bizi gücləndirir?Ağaclar meyvə yeməz Ağaclar meyvə yeməzFikir Həssaslığının Faydaları Fikir Həssaslığının FaydalarıHəyat nə qədər dərindir? Həyat nə qədər dərindir?İqlimin Dəyişməsinin Kənd Təsərrüfatına Təsiri İqlimin Dəyişməsinin Kənd Təsərrüfatına Təsiriİngilis Ədəbiyyatının Səslənən Tarixi İngilis Ədəbiyyatının Səslənən TarixiAntik dövrdə  ən müasir şeylər nələr idi? Antik dövrdə ən müasir şeylər nələr idi?Həyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür? Həyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür?Universiumun Möcüzələri Universiumun MöcüzələriSüni İntellektin Modern Cəmiyyətdəki Rolu Süni İntellektin Modern Cəmiyyətdəki RoluSosial Media'nın Qaranlıq Tərəfi Sosial Media'nın Qaranlıq TərəfiKitab Oxumanın Faydaları Kitab Oxumanın FaydalarıTikTok Creator Rewards 2025 – Pul qazanma qaydaları və Azərbaycanda tətbiqi TikTok Creator Rewards 2025 – Pul qazanma qaydaları və Azərbaycanda tətbiqiKvant Fizikasının Böyükləyici Dünyası Kvant Fizikasının Böyükləyici Dünyası