Yeni Fikirlər
İpək Yolu'nun Qlobalizasiyaya Töhfəsi Kvant Fizikasının Büyüləyici Dünyası Sosial Media xəstəliyi: psixoloji sağlamlığımızı necə təhdid edir? Kvant Fizikanın Büyüləyici Dünyası Meditasiyanın Faydaları Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə
Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə
Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə
Artıq ikinci ilə keçmişəm. Öz əllərimlə, alın təri ilə evimizin həyətində tikdiyim obyekt indi fəaliyyət göstərir. Bu təkcə bir tikili deyil – bu, mənim xəyallarımın formaya düşmüş halıdır.

Əvvəlcə bir neçə usta çağırdım. Tikinti işində, necə deyərlər, bir az cığallıq etdilər. Gec gəldilər, tez getdilər, bəziləri isə ümumiyyətlə gəlmədi. O zamanlar mən hərbi xidmətdə idim. Məzuniyyətimin 20 günündən artıq 10 günü keçmişdi, amma ortada yalnız fundament vardı. Vaxt az, iş isə çox idi.

Məcbur qalıb özüm əlimə alət aldım. Kənddə bir tanışım vardı, sağ olsun, köməyini əsirgəmədi. Palçığı qarışdırdı, kərpici gətirdi. Mən isə gecə-gündüz demədən başladım hörməyə. Yağış da elə bil inadımı sınayırdı – hər gün yağırdı. Amma dayanmadım. Əllərimlə, zəhmətimlə hər daşı yerinə qoydum. Bura mənim üçün sadəcə bir tikili deyildi – öz azadlığımı, öz yaradıcı sahəmi qurduğum məkan idi.

Ofis formasında tikmişdim, amma məqsədim ticarət deyil, sakit və ilhamverici bir mühitdə öz layihələrimi idarə etmək, saytlarım üzərində rahat işləmək idi. Təmkin və səbrlə formalaşdırdığım bu yer mənim üçün həm də ruhi bir sığınacaq oldu.

Qardaşım bu işdə mənə çox kömək etdi. Qonşularımız da əlindən gələni əsirgəmədi. Bir kərpicin daşınmasından tutmuş, bir fincan çaya qədər hər şeyin bir dəyəri vardı. Bu birlik və dəstək olmasaydı, bəlkə də bu gün bu mətni belə yazmazdım.

İndi nəhayət hər şey istədiyim kimidir.

Ofisin şəkillərini paylaşacağam. Hər bir detalı öz zövqümlə seçmişəm. İçəridə yer alan bütün avadanlıqlar, mebellər, işıqlandırma – hamısı mənim düşüncəmin məhsuludur. Bu məkanda təkcə oturub sayt idarə etmirəm. Mən həm də fotoqrafiya və 3D mühəndislik sahəsində çalışıram. Artıq təkcə danışmıram, Photoshop və Blender kimi proqramlarda real işlər yaradıram, vizual ideyalarımı gerçəkləşdirirəm.

İçəriyə aldığım cihazlar, texniki avadanlıqlar haqqında ayrı bir mövzuda danışacağam – çünki onların hər birinin seçilməsinin öz səbəbi var.

Bu obyekt mənə təkcə fiziki məkanda deyil, daxilimdə də güclü olduğumu hiss etdirdi. Çünki başa düşdüm: insan istəsə, həqiqətən istəsə, təmkinlə və inadla hər şeyi edə bilər. Bəzən sadəcə bir az səssizlik, bir az özünə inanmaq kifayətdir.

Ətrafdakıların pis fikirləri, “alınmaz”, “nəyə lazımdı?” kimi yanaşmaları bir müddət səni ləngidə bilər, amma əgər içində yanmaqda olan bir fikir, bir ideya varsa – nə pulun azlığı, nə də başqalarının düşüncəsi səni saxlaya bilməz.

Sirrli söz sadədir: Başla.
Şərhlər
Bəlkə baxdın
Kompüterlərin Tarixi və İnkişafı Kompüterlərin Tarixi və İnkişafıHəyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür? Həyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür?Silent Hill 1 Oyunu və filmi haqqında düşüncələrim Silent Hill 1 Oyunu və filmi haqqında düşüncələrimFiziki Fəaliyyətin Faydaları Fiziki Fəaliyyətin FaydalarıÖzünü Tərbiyələmənin Əhəmiyyəti Özünü Tərbiyələmənin ƏhəmiyyətiMr.Robot kinosuna sən də baxmısan? Mr.Robot kinosuna sən də baxmısan?Kainatın 95%-i nədən ibarətdir və biz onu niyə görə bilmirik? Kainatın 95%-i nədən ibarətdir və biz onu niyə görə bilmirik?Var olmaq, orda olmaq nəyi mənalı edir? Var olmaq, orda olmaq nəyi mənalı edir?Renessans: Yenidən Doğma və Diriliş Dövrü Renessans: Yenidən Doğma və Diriliş DövrüSosial Platformaların alqoritması necə işləyir? Sosial Platformaların alqoritması necə işləyir?Sosial Media'nın Qaranlıq Tərəfi Sosial Media'nın Qaranlıq TərəfiKvant Fizikasının Böyükləyici Dünyası Kvant Fizikasının Böyükləyici DünyasıAzərbaycanlının yaşayış fəlsəfəsi Azərbaycanlının yaşayış fəlsəfəsiYazıdan videoya, səsdən şəkilə – Süni intellektlə yaradıcılığın sərhədləri genişlənir Yazıdan videoya, səsdən şəkilə – Süni intellektlə yaradıcılığın sərhədləri genişlənirKainatın sirrləri nə vaxtsa açılacaqmı? Kainatın sirrləri nə vaxtsa açılacaqmı?