Yeni Fikirlər
İpək Yolu'nun Qlobalizasiyaya Töhfəsi Kvant Fizikasının Büyüləyici Dünyası Sosial Media xəstəliyi: psixoloji sağlamlığımızı necə təhdid edir? Kvant Fizikanın Büyüləyici Dünyası Meditasiyanın Faydaları Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə
Düşüklüyün Resepti: Təhqir Yaz, Məşhur Et
Düşüklüyün Resepti: Təhqir Yaz, Məşhur Et
"Düşüklüyün Resepti: Təhqir Yaz, Məşhur Et"

Bir düşünsək, Azərbaycan cəmiyyətində bəzi televiziya verilişləri və sosial media fenomenləri sanki tərsinə işləyən mexanizmadır, nə qədər bayağı, mənasız və dediqodulu olsalar, bir o qədər məşhurlaşırlar. Normal məntiqdən uzaq, amma çox effektlidir. Axı, “bu nədir, ayıbdır” deyə təhqir yazanlar bilmirlər ki, dedikləri sözlər həmin verilişə və ya fenomenə ən böyük dəstək olur.

Məsələn, hansısa televiziyada "Filankəs, sən kimin toyunda oynadın?" mövzusunda üç saatlıq proqram yayımlanır. İnsanlar da oturub şərhlərdə başlayır:

"Sizin başınıza daş düşsün, belə düşüklük olar?"
"Niyə bu verilişlər qadağan olunmur?"
"Bunun aparıcısı normal deyil, yəqin uşaq vaxtı çox döyülüb."

Bəli, yazırlar, təhqir edirlər, hətta lənətlər oxuyurlar. Amma eyni anda həmin verilişi milyonlarla dəfə izləyib, həmin səhifəni sosial mediada rekord səviyyədə "engagement"lə mükafatlandırırlar. Sanki hamımız "pis reklam da reklamdır" prinsipini anlamışıq, amma ona qarşı heç nə edə bilmirik.

Belə dediqodulu və mənasız proqramların yaradıcıları isə hər şərhi bir medal kimi qəbul edirlər. Əlbəttə ki, oxuyurlar və gülüb keçirlər. Niyə də kədərlənsinlər ki? Reklam gəlirləri artır, sponsorlar sıraya düzülür, məşhurluqları artır. Onlar üçün təhqir dolu şərhlər populyarlıq göstəricisidir. Əslində, onların baxış bucağı ilə razılaşmamaq çətindir. Axı bir verilişi həm izləyib, həm də lənət oxumaq, məşhurlaşmasını təmin etmək paradoksal bir vərdişdir.

Bu proqramlar məhz bu təhqirlər sayəsində yaşayır. Bizim insanlar başa düşmür ki, hər "bu nədir, ayıbdır" yazışı həmin səhifənin və ya verilişin varlığını möhkəmləndirir. Bu adamlar heç vaxt "bizi söyürlər, ayıbdır, dayandıraq" deməyəcəklər. Əksinə, onlar üçün bu təhqirlər motivasiya qaynağıdır. Əgər heç kim bir şey demirsə, deməli, doğru yolda deyillər.

Bəs niyə insanlar bu qədər tələyə düşürlər? Çünki sosial media belə işləyir. Şərh yazmaqla insan öz əsəblərini sakitləşdirdiyini düşünür, amma əslində sistemə yanacaq verir. Düşünür ki, "bir az ürəyimi boşaldım, qoy bilsinlər nə fikirdəyəm." Halbuki bu, həmin bayağı kontenti daha çox insanın qarşısına çıxarır.

İnsanlar anlamalıdır ki, bir şeyi görməməzlikdən gəlmək onu öldürməyin ən asan yoludur. Amma yox, "görüb söymək" daha cazibədardır. Nəticədə biz bir qrup sırtıq və bayağı insanı günümüzün qəhrəmanına çeviririk.

Əslində bu insanlar çox ağıllıdır. Onlar bilirlər ki, nə qədər aşağı səviyyəyə düşsələr, bir o qədər çox izləniləcəklər. Biz isə "təmiz cəmiyyət" arzusu ilə yaşayıb həmin çirkli məzmunu daha da yayırıq. Əgər cəmiyyət olaraq nələrisə dəyişmək istəyiriksə, ilk növbədə öz reaksiyalarımıza diqqət etməliyik. Düşüklüyü qidalandırmaqdan əl çəkək, çünki onlar bizim reaksiyalarımızla böyüyür.

Nəticə? Siz hansısa bayağı səhifəni görüb təhqir yazmağa tələsirsinizsə, bilin ki, o səhifəyə ən böyük yaxşılığı edirsiniz.

Ən yaxşı etiraz susmaqdır, yox olmaq isə baxılmamaqdır. Amma görünür, biz susmağa və diqqətimizi başqa şeylərə yönəltməyə hələ hazır deyilik. Axı bayağılığı öldürmək üçün ilk addım öz emosiyalarımızı idarə etməkdir. Onu bacara biləcəyikmi? Bu artıq başqa sualdır.
Şərhlər
Bəlkə baxdın
Yenilənən Enerji Kaynaklarının Əhəmiyyəti Yenilənən Enerji Kaynaklarının ƏhəmiyyətiGecikən gənclik nə ideya gərçəkləşdirsinki? Gecikən gənclik nə ideya gərçəkləşdirsinki?Kvant Fizikasının Sirləri və Səhrləri Kvant Fizikasının Sirləri və SəhrləriGöyün üzü niyə mavidir? Göyün üzü niyə mavidir?Ruhani Təmənnanın Sirrləri Ruhani Təmənnanın SirrləriSağlam həyat tərzi üçün idmanın önəmi Sağlam həyat tərzi üçün idmanın önəmiBu robotlar nəyə lazımdır? Bu robotlar nəyə lazımdır?Hər bir cihazın bir ömrü var Hər bir cihazın bir ömrü varFiziki Fəaliyyətin Faydaları Fiziki Fəaliyyətin FaydalarıTexnologiya Təhsilə Nə Qədər Təsir Edir Texnologiya Təhsilə Nə Qədər Təsir EdirKodak 3D portrait aldım amma başıma gəlməyən qalmadı Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadıOxuma alışığını Necə Yarada Bilərik Oxuma alışığını Necə Yarada BilərikBermuda Üçbucağının Sirrləri Bermuda Üçbucağının SirrləriHəyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür? Həyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür?Mənim Virtual köməkçim həyatımı necə dəyişdi? Mənim Virtual köməkçim həyatımı necə dəyişdi?