Yeni Fikirlər
İpək Yolu'nun Qlobalizasiyaya Töhfəsi Kvant Fizikasının Büyüləyici Dünyası Sosial Media xəstəliyi: psixoloji sağlamlığımızı necə təhdid edir? Kvant Fizikanın Büyüləyici Dünyası Meditasiyanın Faydaları Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə
Silent Hill 1 Oyunu və filmi haqqında düşüncələrim
Silent Hill 1 Oyunu və filmi haqqında düşüncələrim
Silent Hill: 2004-də Oynadığım Oyunun Həyatıma Təsiri

Oyun 1998-ci ilin oyunudu amma bizim ölkəyə gəlmə ili 2000-ci illərdən sonradır.
O dövrə görə olan hekayə və qeyri adi musiqi və düşündürücü aura insanı o dünyaya aparır.



2004-cü il idi. O vaxtlar texnologiya hələ bugünkü kimi irəli deyildi və oyunlar da sadə həyatlarımıza yenicə daxil olurdu. Kompüter klubları, disk alveri və maraqla yeni oyunları kəşf etmək üçün mütaliə bu ortamda idi. Həmin vaxt Özümə Sony PS1 almışdım sonra bir tanışım mənə çoxlu disk oyunlar vermişdi CD içərisində bu oyun da var idi.
Silent Hill oyununu ilk dəfə o vaxt oynadım və bu oyun həyatıma unutulmaz izlər buraxdı.

Silent Hill sadəcə bir oyun deyildi. Həyatımda şəkilənləndirdiyim qorxu anlayışı, həmçinin düp-düz bir hekayə üçün oyunun yaradıcı yanaşması məni valeh etdi. Hər şey şəhərin qarışdırıcı sərhədsiz dumanında, qaranlıq və adamı düşündürən musiqisi ilə başlayır.
Oyundakı hekayənin kəskinliyi, atmosferin həzmi çətin edən Silent Hill-i sadəcə öz dövrünün deyil, oyun tarixinin önəmli incisinə çevirdi.

Bu oyunla tanışdıqda həyatımda bir çox suallar yaranmışdı. Niyə bəzi insanlar qaranlıqdan qaçır, amma bəzilərimiz onun ən dərinliklərinə sürüklənirik? Oyunda Harry Mason obrazı ilk baxışda sadə bir valideyn kimi görünürdü. Amma onun hekayəsi, itirdiyi qızını tapmaq üçün mübarizəsi, həmçinin yolda qarşılaşdığı üsyankar qarşıdurmalar mənim ən dərin hisslərimi oyadırdı. Oyundaki ambient və yaratıqlar qeyri adi idi və o dövrə görə diksindirici səslərlə, insanı bir yerdən başqa dünyaya atan musiqi ilə Akira Yamaoka məni tam bir dəliyə çevirmişdi.

Yararlı:
Oyunu oynamaq istəyən telefonuna ps1 emulatoru yükləyib ps1 romunu import edib oynaya bilər.

2008-ci ildə eyni Silent Hill-in ilk film adaptasiyasını izlədim. Film, oyunun hekayəsini böyük bir sevgi ilə qoruyaraq yeni bir nəfəslə qarşımıza çıxarır. Lakin burada çox maraqlı bir detalla qarşılaşdım: Oyundakı ata obrazı, filmdə ana obrazına dəyişdirilmişdi. Ən çox təəccüb etdiyim an bu idi. “Niyə bu dəyişiklik edilmişdi?” sualı uzun müdət beynimdə dolaşdı.

Sonra anladım ki, rejissorun mesajı dərin idi. Ana obrazının hekayəni daşıması təbii olaraq daha duyğu ilə bağlı bir perspektiv yaradırdı. Anaların övladları üçün etdikləri əzabı, fəda etdikləri hər şeyi o dövrdə filmin ruhunu dərinləndirən çox vacib detal oldu. Bir az vaxtdan sonra bu dəyişikliyin oyunun essensiyasını qoruyaraq daha çox hiss edilən bir dünya yaratdığını qəbul etdim.

Silent Hill-in hekayəsi azərbaycanlı kimi mənim dünya görüşümə çox dərin təsir etdi. Bizim milli mədəniyyətimizdə qorxu bir tərəfdə xəyalatlara, cin və pərilərə, o biri tərəfdə isə real həyatda qarşılaşdığımız problemlərə çox yaxındır. Silent Hill bu iki dünya arasındakı sərhədi ustalıqla silərək bənzər fani bir həqiqət yaradır.

Hər dəfə Silent Hill haqda düşünürəmsə, həmin şəhərin dumanlı küçələrində yenidən itirəm. Bu oyun və onun film adaptasiyası sadəcə bir məlumat deyil; onlar düzəldilməli bir tapmaca, həyata dair suallarla dolu bir səyahətdir. Və mən inandırıram ki, Silent Hill, sadəcə görünəndən daha çox şeydir; bu, biz insanların qaranlıqla özümüzə yaxından baxması üçün yaratdığımız bir dünya idi.

Çox adamın başa düşməyəcəyi bir ssenaridir.
Şərhlər
Bəlkə baxdın
Azərbaycanda iş və ideya problemi Azərbaycanda iş və ideya problemiTexnologiya inkişafı Texnologiya inkişafıİnsanlıq tarixinin ən ciddi qərarlarından biri İnsanlıq tarixinin ən ciddi qərarlarından biriSilent Hill 1 Oyunu və filmi haqqında düşüncələrim Silent Hill 1 Oyunu və filmi haqqında düşüncələrimKvant Fizikanın Büyüləyici Dünyası Kvant Fizikanın Büyüləyici DünyasıÖz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən HekayəKosmosun Dərinliyini Anlamaq Kosmosun Dərinliyini AnlamaqAmazon yağış meşələrinin möcüzələri Amazon yağış meşələrinin möcüzələriZaman Anlayışı Dəyişir – Kvant Fizikasında Vaxt Zaman Anlayışı Dəyişir – Kvant Fizikasında VaxtŞəxsi Sağlamlıqda Süni İntellektin Rolu Şəxsi Sağlamlıqda Süni İntellektin Roluİpək Yolu'nun Zəngin Tarixi İpək Yolu'nun Zəngin TarixiFiziki Fəaliyyətin Əhəmiyyəti Fiziki Fəaliyyətin ƏhəmiyyətiƏlini çöldə saxlamağa görə qanun haqqında Əlini çöldə saxlamağa görə qanun haqqındaBermuda Üçbucağının Sirrləri Bermuda Üçbucağının SirrləriÖzünü Qayğıya Almağın Əhəmiyyəti Özünü Qayğıya Almağın Əhəmiyyəti