Yeni Fikirlər
İpək Yolu'nun Qlobalizasiyaya Töhfəsi Kvant Fizikasının Büyüləyici Dünyası Sosial Media xəstəliyi: psixoloji sağlamlığımızı necə təhdid edir? Kvant Fizikanın Büyüləyici Dünyası Meditasiyanın Faydaları Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə
Messi Azərbaycana xoş gəlib
Messi Azərbaycana xoş gəlib
Özüm başlığı elə qoydum ki, birdən tərcümə edər pis olmasın.

Vallah mən Messinin ölkəmizə gəlməyinə bilmirəm sevinim yoxsa ağlayım bilmədim.

Sevindim ona görə ki, dünya üzrə əfsanə yaxşı oyunçulardan biridir. Futbola çox da marağım olmasa da tanıyıram, bilirəm ki bu həm də yaxşı insandı.

Pul söhbətinə qalanda pulsuz gəlməli deyildi, burada çox şeyi nəzərə almalıyıq dünya səviyyədə hələ də Azərbaycanı tanımayan ölkələr var amma bu futbolçunu tanıyır. Bu adamın ölkəmizi tanıtmağı yaxşı şeydir. Ölkəmizdə başqa millətdən insanlar olsa daha maraqlı yer olar bu ayrı mövzudu. Amma bizim ölkənin insanlarının elə bir xasiyyəti var ki, yaxşı da etsən yenə mız qoyacaqlar.

Vallah belə baxırsan ki, sadə, səmimi, mədəni və tərbiyəli adamdır.
Siz dünyaca məşhur olsanız belə qalarsınız mı?

İlk öncə nə mənim, nə də sənin pulunla gəlməyib ki, məyus olum. O adamın ölkəmizə gəlməyinin mənə heç bir maddi, mənəvi pis təsiri yoxdur.

Amma nəticə etibarı ilə bizim ölkəyə gəlməməli idi.

Niyə? Çünki bizim cəmiyyətdə hələ də o qədər mədəniyyət inkişaf etməyib ki, qərarlı bir fikir yaratsınlar və o qərarın arxasıyca fikir formalaşdırsınlar.

İndi o görüşə gedənlərdən soruşsaq, gedən də peşmandır, getməyən də.

Sosial şəbəkə qan ağlayır, o pul qazilərə xərclənərdi, o pul aclara verilərdi, o pul filankəslərə verilməli idi. O pul üzərində sənin hüququn yoxdur axı qərar qəbul edəsən.

Bu adam dünyaca məşhurdursa, dünya ilə iş görürsə deməli bir bildiyi varda, Messini gətirib.

Mən Messinin yerinə olsam yenə gəlmərəm bu ölkəyə. Niyə?
Bu adamın aylıq maaşı bir neçə milyon dollardır və 8 milyon dollar elə də böyük pul sayılmır ondan ötrü.

Girib arxa planda olanları görsə, sosialda arxasından danışılan söhbəti görsə və bir başa düşsə doğurdan da cəmiyyətin problemli cəmiyyət olduğunu anlayar və üzülər.

Mənfi rəy yazanlara demək istəyirəm ki, Gəlib gəlibdə, tanınmış və yaxşı oyunçudu xoş gəlib sizə nə düşüb ki?
Nə bayquş insanlarsız. Bütün həssas nöqtələri, həssas mövzuları istənilən yerdə düşünmədən, yekə hərflərlə yazırsız. Utanın. Ömürdə bir dəfə ölkənizə qonaq gəlir. Sizin ölkədə ona görə dünya səviyyəli məşhur yoxdur çünki düşünür ki, başqa ölkəyə getsəm kimdi məni sayan. Belə görüb çünki.


Nə isə, Messi sən yaxşı oğlansan uğur olsun.
Azərbaycan 0.9K 0
Şərhlər
Bəlkə baxdın
Özümüzü anlamağımız yoxsa başqalarının bizi anlamağı? Özümüzü anlamağımız yoxsa başqalarının bizi anlamağı?Kür çayı haqqında danışım Kür çayı haqqında danışımİngilis Dili Sözlüyünüzü Necə Yaxşılaşdıra Bilərsiniz? İngilis Dili Sözlüyünüzü Necə Yaxşılaşdıra Bilərsiniz?Ağstafa adını hardan alır? Ağstafa adını hardan alır?Süni İntellektin Modern Cəmiyyətdəki Rolu Süni İntellektin Modern Cəmiyyətdəki RoluÖzünü Tərbiyələmənin Əhəmiyyəti Özünü Tərbiyələmənin ƏhəmiyyətiYuxunun Əhəmiyyəti Yuxunun ƏhəmiyyətiEffektiv Kommunikasiyanın Gücü Effektiv Kommunikasiyanın GücüLağ etmək Lağ etməkYenilənən Enerji Kaynaklarının Əhəmiyyəti Yenilənən Enerji Kaynaklarının ƏhəmiyyətiVegetarianizmin Faydaları Vegetarianizmin FaydalarıGöyün üzü niyə mavidir? Göyün üzü niyə mavidir?Yavaş Yaşamaq Fəlsəfəsi – “Slow Life” Yavaş Yaşamaq Fəlsəfəsi – “Slow Life”Ruh Sağlamlığının Qorunması Nədən Mühümdür? Ruh Sağlamlığının Qorunması Nədən Mühümdür?Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadı Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadı