Yeni Fikirlər
İpək Yolu'nun Qlobalizasiyaya Töhfəsi Kvant Fizikasının Büyüləyici Dünyası Sosial Media xəstəliyi: psixoloji sağlamlığımızı necə təhdid edir? Kvant Fizikanın Büyüləyici Dünyası Meditasiyanın Faydaları Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə
Proqramist olmaq peşədirmi?
Proqramist olmaq peşədirmi?
Bir insan istəmədiyi işlərdə işləyirsə, həmin adam heç vaxt professional sayıla bilməz.
Professional olmaq — sadəcə hansısa sahədə iş görmək, maaş almaq deyil. Professional olmaq — özünə uyğun olan, ruhunla bağlandığın işi tapıb ona canını, enerjini, vaxtını qoymaqdır.

Mən dəfələrlə fərqli işlərdə çalışmışam. Hər şey zahirən qaydasında olub — maaş, iş qrafiki, kollektiv... amma mən o işlərdə özümü heç vaxt hərbiçi, sürücü və ya mühafizəçi kimi görməmişəm. Bu sahələrdə çalışmaq mənim üçün sadəcə günləri saymaq, vaxt öldürmək idi.

Eyni ilə, hansısa şirkətdə sadəcə maaş üçün proqram yazanları da proqramçı saymaq istəmirəm. Kiminsə sifarişinə, ruhsuz tapşırığına görə kod yazmaq — bu, sənətin qürurunu öldürmək kimidir.
Proqramçılıq yalnız kompüterə kod yığmaq deyil. Bu sənət, uşağın iməkləməyi öyrənməsi kimidir. İlk addımlarını atanda yıxıla bilərsən, amma məhz o addımlar səni böyüdür. Kodlaşdırma da belədir — hər sətrin arxasında düşüncə dayanmalıdır, özünə inam dayanmalıdır, niyyət dayanmalıdır.

Sən irəlilədikcə, sənin duruşun dəyişir, özünə və etdiyin işə münasibətin formalaşır. Təhlükəsizlik hissin, peşəkarlığın, düzgün qərar vermək bacarığın artır. Kod yazmaq — bir növ həyatla dialoqa girmək kimidir.
Yazdığın kodun arxasında sənin dünyaya baxışın, estetik anlayışın, zehni çevikliyini göstərən izlər qalır.

Mənim üçün proqramçılıq — istəkdən doğan, yaradıcılıqla yoğrulan bir peşədir. Əgər bu yoxdursa, o zaman bu işdə qalıb sadəcə “maaşlı bir nömrə” olmaq mənlik deyil.

Bu şəxsi fikrimdir, amma düşünürəm ki, müzakirəyə dəyər.
Təşəkkür edirəm.
Şərhlər
Bəlkə baxdın
Fiziki Fəaliyyətin Sağlamlığa Önəmi Fiziki Fəaliyyətin Sağlamlığa ÖnəmiHafızanı Necə Yaxşılaşdıra Bilərsən Hafızanı Necə Yaxşılaşdıra BilərsənBal arılarının möcüzəli dünyası Bal arılarının möcüzəli dünyasıHəyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür? Həyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür?İnsan Beyinin Möcüzələri İnsan Beyinin MöcüzələriAdsterra-dan necə pul qazana bilərəm? Adsterra-dan necə pul qazana bilərəm?Antarktikanın Sirrləri Antarktikanın SirrləriCanon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülərQaranlıq Materiyanın Fəlsəfəsi: Kainatın Görünməz Sirri Qaranlıq Materiyanın Fəlsəfəsi: Kainatın Görünməz SirriSosial Media'nın Qaranlıq Tərəfi Sosial Media'nın Qaranlıq TərəfiVegetarianizmin Faydaları Vegetarianizmin FaydalarıHəyat bizdən necə olmağımı istəyir? Həyat bizdən necə olmağımı istəyir?Kitab Oxumanın Əhəmiyyəti Kitab Oxumanın ƏhəmiyyətiAğıl yaşdadır yoxsa başda? Ağıl yaşdadır yoxsa başda?Mr.Robot kinosuna sən də baxmısan? Mr.Robot kinosuna sən də baxmısan?