Yeni Fikirlər
Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə Kodak 3D portrait aldım amma başıma gəlməyən qalmadı Ağacların Həyatımızdakı Rolu və Əhəmiyyəti Ormanların Önəmini Anlamaq Azərbaycan Ədəbiyyatının Tarixi Kainatın sirrləri nə vaxtsa açılacaqmı?
İnanmaq istəyirsən yoxsa bilmək? (1-ci hissə)
İnanmaq istəyirsən yoxsa bilmək? (1-ci hissə)
Bu başlıqdakı sualı əvvəlcə özümə vermək istəyirəm: İnanmaq istəyirəm, yoxsa bilmək?
Mən bilməyi seçərdim, çünki gerçəklərlə üzləşməyi bacarıram. Gerçəklər kəskin olur, acı olur, yalanlar isə şirin olur, heç kimi incitmir.
Bu dünyanın, həyatın bir ağıllı dizayn, yaradılış olduğuna inanmıram. Bunun səbəblərindən biri də məntiqə sığmayan bəzi nüanslardır.

Din və yaradılış fikri mənə heç vaxt cəzbedici gəlməyib. Bəlkə də bunun müsəlmanlıqla əlaqəsi çoxdur, çünki həyatın bütün gözəlliklərindən məhrum edilməyi heç bir düşüncəsini inkişaf etdirən biri qəbul etməz. Mən də etmədim.
İlk öncə yaşadığımız mühitlə, yerlə əlaqədar olaraq islamla tanış olduq. Elə kənddə, uşaqlığımızdan qəbiristanlıqdan, yas mərasimlərindən bildik ki, bu həyatdan bəhs edən din deyil — bu sadəcə ölməyi arzulamaqdan bəhs edir.

Ölüm və ölmək üzərinə olan bütün şeylər — cənnət, cəhənnəm fikri — bəs nədir? Ölüm deyil?
Yaşamağa yenicə başlamış 14-15 yaşında bir gənc niyə ölmək haqqında bu qədər qayğılı olmalıdır ki?

Daha sonra dünyaya öz gözümdən yox, xaricilərin gözü ilə baxmağa başladım və fikir verdim ki, onların hər şeyi demək olar ki, bizdən yaxşı idi.
Təbii ehtiyacdan tutmuş, mədəniyyətə, musiqiyə, maşınlardan, uşağa verilən tərbiyəyə, gəzintiyə, əyləncəli zaman keçirməyə kimi bir çox şeylər çox aydın idi, açıq sözlü idi.

Bunları o zamanlar gedib-görməyə imkanım olmasa da, filmlərdən, internetdən görüb həsəd aparırdım. Düşünürdüm ki, bəs görəsən, bu adamlara bu fani dünyada xoş həyatı bəxş edən onların öz dinləridirmi?
Gördüm — xeyr. Onlar öz dinlərinə hörmət edirlər, amma inanmırlar. Çox da bizimki kimi fanatik deyillər.


Yaş artdıqca — 17, 18, 19 — cəmiyyət içində olduqca həyatı daha yaxşı dərk edirsən və hər şeyi, hər anı sorğulamağa başlayırsan.

Əsas da bütün sorğular mahnılarla başlayır. Mahnılar qoxu kimidir — insanı hər səs dalğasında və ritmdə fərqli yerlərə apara bilir və fərqli hisslər yaşada bilir.
Buna görə də bizim yerli mahnılardan heç bir ləzzət ala bilmirdim. Çünki yerli mahnılarımızı yalnız toylarda və ciddi məclislərdə dinləyirdim, sonra qulaq asanda yalnız bozbaş yadıma düşürdü.

Daha sonra islamın lap dərinliklərinə baş vurmağa qərar verdim, başladım fərqli düşüncələrlə oxumağa, amma hər dəfə bir az daha əksik yazılar, əksik fikirlərlə rastlaşırdım.

Bir ayədə bu gözümə sataşdı:


Bəqərə surəsi:

"Yeməyinə, içməyinə bir də eşşəyinə yaxşı bax."

TR:
"Yiyeceğine ve içeceğine bak, hiç bozulmamış! Bir de eşeğine bak! Bu, seni insanlara bir ayet / bir mucize yapmamız içindir. Şimdi de (eşeğinden kalma)"

Fikirləşdim ki: bu fikirlər axı məni hardan, hara kimi apara bilər?

Bir az zəki olan bir insan bunun o dövrün adətlərinə uyğun yazıldığını o saat anlayar.

Yazmaqla bitməz — bir çox səhvlər və qarışıqlıqlar var Quran kitabında.
Mən birbaşa qərar vermədim, illərlə araşdırdım və mən tək olmadığımı görəndə bir az da rahatlamışdım. Çünki həyatı sorğulamaq 2000-ci illərdə bir azərbaycanlı üçün böyük şey idi, xüsusən də din kimi geniş və həssas mövzuda.

Artıq yaşım başıma ağıl qoyduqda yanılmadığımı yavaş-yavaş görürəm və sadəcə insanlara yaxşı şeylər danışmaq istəyirəm. İstəyirəm elə danışım ki, heç kim küsməsin məndən, heç kim inciməsin və məni də incitməsin.

İki şansınız var:
Ya — çox çətin olsa da — bu həyatın bilinməz bir dünya olduğunu anlayacaqsınız,
Və ya — heç nə bilmədən, vecsiz bir ölümlə yox olub gedəcəksiniz.

Din haqqında çox söhbət etmək olar, amma mən öz fikirlərimi paylaşmaq istədim.
Burada bu nəticəyə gələ bilərik ki:
Allah fikrini dinlər yaratdı, yoxsa dinləri Allah yaratdı?
Yoxsa bu ikisini də insanlar yaratdı?

Yaxşı biri olmaq üçün, insan olmaq üçün, yaşamaq üçün mənə din lazım olmur.
Sizi bilmirəm, amma mən ölümdən sonrakı həyatın 100% qarantiyasını bilmədən bu həyatımı həba edə bilmərəm.

Təşəkkürlər. Davamı olacaq…
Şərhlər
Bəlkə baxdın
Süni İntellektin Modern Cəmiyyətdəki Rolu Süni İntellektin Modern Cəmiyyətdəki RoluBitkilər bizdən ağıllıdır? Bitkilər bizdən ağıllıdır?İpək Yolu'nun Zəngin Tarixi İpək Yolu'nun Zəngin TarixiVegetarianizmin Faydaları Vegetarianizmin FaydalarıRuh Sağlamlığının Qorunması Nədən Mühümdür? Ruh Sağlamlığının Qorunması Nədən Mühümdür?Mobil Texnologiyaların Gözəl İnkişafı Mobil Texnologiyaların Gözəl İnkişafıİqlimin Dəyişməsinin Kənd Təsərrüfatına Təsiri İqlimin Dəyişməsinin Kənd Təsərrüfatına TəsiriAntik dövrdə  ən müasir şeylər nələr idi? Antik dövrdə ən müasir şeylər nələr idi?Ən Yaxşı Pulsuz AI Şəkil Generatorları (2025) Ən Yaxşı Pulsuz AI Şəkil Generatorları (2025)Qlobal İstiləşmənin Təsiri Qlobal İstiləşmənin Təsiriİnsanlıq tarixinin ən ciddi qərarlarından biri İnsanlıq tarixinin ən ciddi qərarlarından biriAzərbaycanda iş və ideya problemi Azərbaycanda iş və ideya problemiKofenin Tarixi Kofenin TarixiBal arılarının möcüzəli dünyası Bal arılarının möcüzəli dünyasıFiziki Fəaliyyətin Sağlamlığa Önəmi Fiziki Fəaliyyətin Sağlamlığa Önəmi