Yeni Fikirlər
Adsterra-dan necə pul qazana bilərəm? Proqramist olmaq peşədirmi? Sənin nəyə marağın var? İnsanlıq tarixinin ən ciddi qərarlarından biri Radiolar unudulmazdır Allahdan ümud kəsilməz Bitkilər bizdən ağıllıdır? Kür çayı haqqında danışım Mr.Robot kinosuna sən də baxmısan? Həyat nə qədər dərindir?
Hər bir cihazın bir ömrü var
Hər bir cihazın bir ömrü var
Ramin Muğalov
2 həftə olar
Hər bir cihazın ömrü var amma bizim cahil cəmiyyət bizim ömrümüzlə telefonun ömrünün eyni olduğunu hesab edir.
🔥 cMədəni şəkildə reklamını etmək, bilgiləndirmək lazımdır ki ay camaat telefon, kompüter və digər elektronik cihazların hesablanmış çip ömrü var, ustaların ömrünü gödək etməyin.

Keçən dəfə bir dostum (telefon təmiri dükanında işləyir) deyir ki inan ki Ramin elə adamlar gəlir elə şeylər deyir ki, məətəl qalıram ki bu insanlar nə yeyib içir?

Davamında dedi ki, o gün biri gəlib deyir ki elə et bu telefon bir də xarab olmasın. Telefon da Samsung A10s. Başa sala bilmirəm ki Samsung şirkəti bu telefona yas mərasimi filan keçirdilər keçən 7-8 il bundan qabaq.

Baxın başından danışıram, telefon şirkətləri bu cihazları yaradanda çiplərə planlı şəkildə ömür təyin edirlər haqqlı şəkildə, çünki bizim millət xarab olmasa gedib təzəsini almaz necə ki vaz 2106-nı gordan dirildib sürən millətik.

Çip köhnələndə onun içində olan mikro tranzistorlar daha yava məlumat alış-verişi edir və nəticədə menyunu basırsan 1 saniyə sonra menyuya girir və belə belə.

Bəs öz-özünüzə sual vermirsiz ki, bu telefonlar təzə olanda niyə belə cəld işləyir?

Planlı köhnəltmə olmasa telefon şirkətləri və digər cihazlar istehsal edən şirkətlər nə qazanar?

Elə istəyirsiz ki 1 telefon olsun həm müasir olsun həm də ömürlük. Bu mümkün deyil çünki elm gün-bə-gün inkişaf edir, hər ay yeni fikirlər, yeni ideyalar, yeni kəşflər meydana çıxır.

Vaxt var idi telefonlara mp3 funksiyası gələcək deyə çox sevinirdik. İllərlə insanlar amr, wav səs formatında olan səslərə qulaq asırdı.

Bu zaman üzərində irəliləyən bir alətdir. Cihazın ömrü bəzi faktorlara görə də azala bilər:
Məsəlçün daimi enerjiyə məruz qaldıqda, nəmli və isti yerlərdə, soyuq və tozlu yerlərdə daha tez performans düşüşü yaşaya bilər ən əsası da işləməyindən və istirahətindən asılıdır. Yeni telefonlarda gecə istirahət modu var. İstifadə edin.

[Bu aşağıdaki təxminlər səliqəli istifadədə mümkündür.

Mobil telefonlar 3 il ömür sürür yaxşı işlədilsə 5 il yaxşı performansda işləyə bilər.
Planşetlər 3-4 il.
Smart saatlar 7-8 il.
VR və digər rəqəmsal alətlər 5-7 il.
Stolüstü kompüterlər 10-12 il.
Noutbuklar isə 8-10 il ömür sürə bilər yaxşı şəraitdə.

Kompüter demişkən qonşumuz Müşfiq 15 il bundan qabaq Asus bir kompüter alıb, indiki texnologiya ilə heç cürə tab gətirmir. 3 dəfə bəlkə mən format etmişəm, qulluq etmişəm amma dirəşib ki, bu niyə yaxşı işləmir?

Həmin söhbəti ona da danışam gərək amma vaxt olmur. 🤔
Nəysə siz siz olun bu dediklərimi unutmayın, belə baxanda bu cihazlar nə əlçatmaz deyil nə də elə baha deyil.

5 ildən bir özünə bir telefon almağa qıymırsansa daha nə deyim.

Hər bir cihazın bir ömrü var
Hər   bir   cihazın   bir   ömrü   var  
Şərhlər
Bəlkə baxdın
Radiolar unudulmazdır Radiolar unudulmazdırAğaclar meyvə yeməz Ağaclar meyvə yeməzGöyün üzü niyə mavidir? Göyün üzü niyə mavidir?Messi Azərbaycana xoş gəlib Messi Azərbaycana xoş gəlibÖzümüzü anlamağımız yoxsa başqalarının bizi anlamağı? Özümüzü anlamağımız yoxsa başqalarının bizi anlamağı?Azərbaycanda BMW Sahibi olmaq Azərbaycanda BMW Sahibi olmaqHəyat nə qədər dərindir? Həyat nə qədər dərindir?Azərbaycanda heç yaxşı şeylər yoxdu? Azərbaycanda heç yaxşı şeylər yoxdu?