Yeni Fikirlər
Adsterra-dan necə pul qazana bilərəm? Proqramist olmaq peşədirmi? Sənin nəyə marağın var? İnsanlıq tarixinin ən ciddi qərarlarından biri Radiolar unudulmazdır Allahdan ümud kəsilməz Bitkilər bizdən ağıllıdır? Kür çayı haqqında danışım Mr.Robot kinosuna sən də baxmısan? Həyat nə qədər dərindir?
Lada almağa dəyərmi?
Lada almağa dəyərmi?
Ramin Muğalov
2 həftə olar
Mən əvvəllər elə bilirdim lada (vaz) alanlar bunu kasıblıqdan, imkansızlıqdan alır. Sən demə elə deyilmiş.

Lada mən də sürmüşəm 2107 (03-07 matoru ilə) 2000-ci ilin maşını idi. Mən alanda o zamanlar çox adamda olmayan içərdən baqaj açmaq funksiyası quraşdırmışdılar içinə. Qapılarda sekreti zadı var idi. Daha doğrusu Atam rusiyadan alıb gətirmişdi.

3-il sürdüm maşını 140-la gedəndə torpeda (şit) az qalırdı üzümə dağılsın. Nəbilim elə bilirdim elə olmalıdı.
Sonra Opel Astra 2003, Opel Astra 1995, Ford Transit 1999 Non-Turbo, Kamaz, Vaz 21015, Mercedes 190 və s. Maşınlarımız oldu qapıda ailə maşını kimi.

O zamanlar, o yaşda Lada sürəndə adam həqiqətən də elə düşünür ki bundan yaxşı maşın yoxdu. Nəsə bir xəstəlik kimi adam başqa hisslərə qapılırdı. Maşında o qədər də interier olmadığı üçün fikrin ancaq maqintafona yönəlir, diskli maqintafon o zamanlar latoka (oyuq) düşəndə mahnı avtomatik dəyişirdi. Hələ o vaxtı Naftalanda işləyəndə işə onunla gedirdim yola düşəndə maqintafonu qoşurdum işə çatanda başlayırdı oxumağa.

Nəysə elə indi fikir verirəm ki elə bu maşını çox adam maqintafona görə alır.

Mod eləməyə daha əlverişli olan bu maşına istədiyin rulu qoy, istədiyin təkəri qoy, istədiyin bassabik dinamiki qoy gedirdi. Hələ içinə çəkilən istəyə uyğun bütün şirniyyatların bəzəyində salon dəri dizaynı, paxlava, şəkərbura nə istəsən gedirdi. Düzü mən elə də çox peradok, qara şüşə (qanunsuz şeylər) zad həvəskarı deyildim deyə nəsə çox getmədi.


2015-ci ildə 1800 manata satdıq. O vaxtı normal qiymət idi. Hələ də sürür, taksiçilik edir həmin adam yaşlı adamdı. Bu adamla işim yoxdu çörək pulu qazanır.

Doğurdan da bu maşına bir cavan kimi həvəs etmək üçün biraz görməmiş olmaq, biraz da başı boş.
İndi 20%-lik bir qisim olar ki, bu maşını kasıblıqdan alır amma ölkədə bu maşından əl çəkməyən tayfa ancaq eyni ağılda insanlardı.

Bu maşına 5-6-7-8-9 min manat pul verən adamlardan danışıram. Deyirəm ki bu dəmir parçasına bu qədər pulu nəyə verirsən axı sən bir azərbaycanlı kimi fakt bu pulu zorla qazanırsan. Nə kondisioneri var, nə elektron özəllikləri var, nə konfort var, nə aerodinamika var, nə səliqəli dizayn var, nə düzəməlli klimat kontrolu var, nə oturaqcaq tənzimləyiciləri var, nə iri baqaj həcmi var. Axı bunun nəyi var?

Yaxşı maqintafon deşiyi var sök daha yaxşı maqintafon qoy. ))

Nəbilim əşi. Bu söhbətdən sonra İstəyirlər traxtor qoşqusunu qoşsunlar özlərinə sürsünlər daha nəsə deyən deyiləm.

30 yaşımdan sonra özümə öz pulumla maşın aldım BMW E39 kuza aldım sonra bütün maşın haqqında fikirlərim dəyişdi.

Əvvəl fikir vermədiyim full salon sözünü daha yaxşı dərk elədim, maşının ön və arxa hissəsinin dizaynına daha yaxından fikir verməyə başladım. Nə isə bu 39-dan başqa mövzuda danışaram əsas Exterier-İnterier deyərkən yadıma o "nolyeddi" düşdü.
Lada almağa dəyərmi?
Şərhlər
Bəlkə baxdın
Üzdən iraqları kim məşhurlaşdırır? Üzdən iraqları kim məşhurlaşdırır?Azərbaycanda heç yaxşı şeylər yoxdu? Azərbaycanda heç yaxşı şeylər yoxdu?Azərbaycanda BMW Sahibi olmaq Azərbaycanda BMW Sahibi olmaqCanlılar niyə yaşamalıdır? Canlılar niyə yaşamalıdır?Hər bir cihazın bir ömrü var Hər bir cihazın bir ömrü varAdsterra-dan necə pul qazana bilərəm? Adsterra-dan necə pul qazana bilərəm?Düşüklüyün Resepti: Təhqir Yaz, Məşhur Et Düşüklüyün Resepti: Təhqir Yaz, Məşhur EtGecikən gənclik nə ideya gərçəkləşdirsinki? Gecikən gənclik nə ideya gərçəkləşdirsinki?