Yeni Fikirlər
İpək Yolu'nun Qlobalizasiyaya Töhfəsi Kvant Fizikasının Büyüləyici Dünyası Sosial Media xəstəliyi: psixoloji sağlamlığımızı necə təhdid edir? Kvant Fizikanın Büyüləyici Dünyası Meditasiyanın Faydaları Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə
Lada almağa dəyərmi?
Lada almağa dəyərmi?
Mən əvvəllər elə bilirdim lada (vaz) alanlar bunu kasıblıqdan, imkansızlıqdan alır. Sən demə elə deyilmiş.

Lada mən də sürmüşəm 2107 (03-07 matoru ilə) 2000-ci ilin maşını idi. Mən alanda o zamanlar çox adamda olmayan içərdən baqaj açmaq funksiyası quraşdırmışdılar içinə. Qapılarda sekreti zadı var idi. Daha doğrusu Atam rusiyadan alıb gətirmişdi.

3-il sürdüm maşını 140-la gedəndə torpeda (şit) az qalırdı üzümə dağılsın. Nəbilim elə bilirdim elə olmalıdı.
Sonra Opel Astra 2003, Opel Astra 1995, Ford Transit 1999 Non-Turbo, Kamaz, Vaz 21015, Mercedes 190 və s. Maşınlarımız oldu qapıda ailə maşını kimi.

O zamanlar, o yaşda Lada sürəndə adam həqiqətən də elə düşünür ki bundan yaxşı maşın yoxdu. Nəsə bir xəstəlik kimi adam başqa hisslərə qapılırdı. Maşında o qədər də interier olmadığı üçün fikrin ancaq maqintafona yönəlir, diskli maqintafon o zamanlar latoka (oyuq) düşəndə mahnı avtomatik dəyişirdi. Hələ o vaxtı Naftalanda işləyəndə işə onunla gedirdim yola düşəndə maqintafonu qoşurdum işə çatanda başlayırdı oxumağa.

Nəysə elə indi fikir verirəm ki elə bu maşını çox adam maqintafona görə alır.

Mod eləməyə daha əlverişli olan bu maşına istədiyin rulu qoy, istədiyin təkəri qoy, istədiyin bassabik dinamiki qoy gedirdi. Hələ içinə çəkilən istəyə uyğun bütün şirniyyatların bəzəyində salon dəri dizaynı, paxlava, şəkərbura nə istəsən gedirdi. Düzü mən elə də çox peradok, qara şüşə (qanunsuz şeylər) zad həvəskarı deyildim deyə nəsə çox getmədi.

2015-ci ildə 1800 manata satdıq. O vaxtı normal qiymət idi. Hələ də sürür, taksiçilik edir həmin adam yaşlı adamdı. Bu adamla işim yoxdu çörək pulu qazanır.

Doğurdan da bu maşına bir cavan kimi həvəs etmək üçün biraz görməmiş olmaq, biraz da başı boş.
İndi 20%-lik bir qisim olar ki, bu maşını kasıblıqdan alır amma ölkədə bu maşından əl çəkməyən tayfa ancaq eyni ağılda insanlardı.

Bu maşına 5-6-7-8-9 min manat pul verən adamlardan danışıram. Deyirəm ki bu dəmir parçasına bu qədər pulu nəyə verirsən axı sən bir azərbaycanlı kimi fakt bu pulu zorla qazanırsan. Nə kondisioneri var, nə elektron özəllikləri var, nə konfort var, nə aerodinamika var, nə səliqəli dizayn var, nə düzəməlli klimat kontrolu var, nə oturaqcaq tənzimləyiciləri var, nə iri baqaj həcmi var. Axı bunun nəyi var?

Yaxşı maqintafon deşiyi var sök daha yaxşı maqintafon qoy. ))

Nəbilim əşi. Bu söhbətdən sonra İstəyirlər traxtor qoşqusunu qoşsunlar özlərinə sürsünlər daha nəsə deyən deyiləm.

30 yaşımdan sonra özümə öz pulumla maşın aldım BMW E39 kuza aldım sonra bütün maşın haqqında fikirlərim dəyişdi.

Əvvəl fikir vermədiyim full salon sözünü daha yaxşı dərk elədim, maşının ön və arxa hissəsinin dizaynına daha yaxından fikir verməyə başladım. Nə isə bu 39-dan başqa mövzuda danışaram əsas Exterier-İnterier deyərkən yadıma o "nolyeddi" düşdü.
Şərhlər
Bəlkə baxdın
Qədim Sivilizasyalar haqqında Qədim Sivilizasyalar haqqındaİqlimin Dəyişməsinin Kənd Təsərrüfatına Təsiri İqlimin Dəyişməsinin Kənd Təsərrüfatına TəsiriOxuma alışığını Necə Yarada Bilərik Oxuma alışığını Necə Yarada BilərikSüni İntellektin Ruhi Potensialı Süni İntellektin Ruhi PotensialıKvant Fizikasının Böyükləyici Dünyası Kvant Fizikasının Böyükləyici DünyasıMobil Texnologiyaların Gözəl İnkişafı Mobil Texnologiyaların Gözəl İnkişafıƏlini çöldə saxlamağa görə qanun haqqında Əlini çöldə saxlamağa görə qanun haqqındaHəyat çox sadədir yoxsa mürəkkəb? Həyat çox sadədir yoxsa mürəkkəb?Zaman Anlayışı Dəyişir – Kvant Fizikasında Vaxt Zaman Anlayışı Dəyişir – Kvant Fizikasında VaxtSüni İntellektin Müasir Həyat Üzərindəki Təsiri Süni İntellektin Müasir Həyat Üzərindəki Təsiriİnsanlıq tarixinin ən ciddi qərarlarından biri İnsanlıq tarixinin ən ciddi qərarlarından biriFərqlilik Fərqindəliyinin Əhəmiyyəti Fərqlilik Fərqindəliyinin ƏhəmiyyətiAğıl yaşdadır yoxsa başda? Ağıl yaşdadır yoxsa başda?Yağışlar və buludlar necə yaranır? Yağışlar və buludlar necə yaranır?Kitab Oxumanın Əhəmiyyəti Kitab Oxumanın Əhəmiyyəti