Yeni Fikirlər
İpək Yolu'nun Qlobalizasiyaya Töhfəsi Kvant Fizikasının Büyüləyici Dünyası Sosial Media xəstəliyi: psixoloji sağlamlığımızı necə təhdid edir? Kvant Fizikanın Büyüləyici Dünyası Meditasiyanın Faydaları Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə
Ağaclar meyvə yeməz
Ağaclar meyvə yeməz
Ağaclar meyvə yeməz. Onlar təkcə su istəyirlər, günəş istəyirlər. Səssiz-sədasız köklərindən həyat çəkib, illərlə kölgə verib, sonda meyvə verirlər. Amma o meyvə heç vaxt ağacın özünə aid olmur. O meyvəni yoldan keçən yeyir, bağban toplayır, ya da təsadüfən oradan keçən birinə nəsib olur.

İnsan da həyat boyu çalışır, bacarıqlar qazanır, öyrənir, inkişaf edir — amma çox vaxt bu bacarıqlar özünə deyil, başqalarına gərək olur.
Sən bir səhv edirsən, sonra dostuna zəng edib danışırsan, deyirsən ki, “dostum, belə-belə oldu…” və elə həmin məqamda sənin bu təcrübən onun həyatını dəyişir.
Hətta olur ki, kimsə sənə bir məsləhət üçün yaxınlaşır, sən ona ürəkdən dediklərini sonra özün-özünə pıçıldayırsan: “Kaş ki, bu sözləri özümə deyə biləydim…”

Bax, həyatın qəribəliyi də budur — sənin bacarığın, sənin öyrəndiklərin, sənin səhvlərin çox zaman başqalarının yolunu işıqlandırır.
Bu, sadəcə təsadüf deyil. Bu, insanın digər insanlara ötürdüyü bilik, həyat dərsi, öyrədici nümunədir. Bu, bizim elmə, cəmiyyətə, dostluğa, insanlığa verdiyimiz səssiz töhfədir.

Bəzən elə olur ki, başqasına dediyin bir cümlə illər sonra sənin öz həyatına qayıdır — amma bu dəfə başqasının dilindən.
Həyat belədir… Biz öyrənirik, paylaşırıq və bu paylaşdıqlarımız, fərqinə varmadan, başqalarına güc, ümid, dəstək olur.

Sonda biz də o ağac kimi — kölgəmizi, meyvəmizi heç gözləmədən başqalarına veririk. Bu, insan olmağın ən gözəl tərəfidir.
Şərhlər
Bəlkə baxdın
Bermuda Üçbucağının Sirrləri Bermuda Üçbucağının SirrləriSüni İntellekti Anlamaq Süni İntellekti AnlamaqKainatın sirrləri nə vaxtsa açılacaqmı? Kainatın sirrləri nə vaxtsa açılacaqmı?Bu 5 Pulsuz Tətbiq Gündəlik Həyatımı 10 Dəfə Asanlaşdırdı Bu 5 Pulsuz Tətbiq Gündəlik Həyatımı 10 Dəfə AsanlaşdırdıHəyat nə qədər dərindir? Həyat nə qədər dərindir?Çayın Tarixi Çayın Tarixiİnanmaq istəyirsən yoxsa bilmək? (1-ci hissə) İnanmaq istəyirsən yoxsa bilmək? (1-ci hissə)Bitkilər bizdən ağıllıdır? Bitkilər bizdən ağıllıdır?Musiqi Təhsilinin Əhəmiyyəti Musiqi Təhsilinin ƏhəmiyyətiQlobal İstiləşmənin Təsiri Qlobal İstiləşmənin TəsiriKitab Oxumanın Əhəmiyyəti Kitab Oxumanın ƏhəmiyyətiGünəş Enerjisinin Avantajları Günəş Enerjisinin AvantajlarıCanon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülərAğacların Həyatımızdakı Rolu və Əhəmiyyəti Ağacların Həyatımızdakı Rolu və ƏhəmiyyətiFikir Həssaslığının Faydaları Fikir Həssaslığının Faydaları