Mən düşünürəm ki, dünya üzərində yaşamış bütün insanlar nəticəyə görə eyni taleyi yaşasa da fərqli həyatları var idi. Bizim həyatımız da bir təcrübədir və biz yaşadıqca, öyrənirik, öyrəndikcə həvəslənib yenidən başa qayıdırıq.
Hər bir səhnə flash back (keçmiş xatirə), hər bir an bizim sonumuz kimi görünməyə başlayanda artıq həyatı anlamağın vaxtının gəldiyini anlayırsan. Bunları hər adam yaşamır və sosial şəbəkələrdə və tv-kanallarında bunu heç vaxt eşitməyəcəksən çünki onlar da istədikləri budur sən də onlar kimi, çoxluğun qərar qəbul etdiyi şeyləri edib yaşamalısan yoxsa səni kənara çəkəcəklər, fərqli gözlərlə fərqli düşüncələrlə gələcəklər üzərinə.
Buna icazə verməməlisən və həyat davam etdikcə sən də davam etməlisən çünki başqa yolun yoxdur.
Güclü olmaq səncə fiziki yoxsa əzmdən, dözümlü olmaqdan bəhs edir?
Yaxud düşüncə cəhətdən hər şeyə fərqli aspektdən yanaşıb fikirlərini bir-biri ilə çarpazlayıb səhvlərini xatırlamaqdır?
Hər dövrdə insanlar yaşadı bəs sən bu həyatlara nə ad verdin?
Nə düşündün bu haqqda? Məsəlçün 1939-cu ildə yaşayan bir gəncin həyata dair ümidlərini və 1945-ci ildə müharibə sonrası olan və sağ qalan insanların ümidləri ilə müqayisə etdinmi?
Başqa yerə gedək?
Bir mağarada heç kimin xəbəri olmadan itən və yolu tapıb qayıda bilməməyin yorğunluğu, bitib tükənən həyatlar, sonunda isə heç vecimizə almadığımız ölümləri haqqında 50 ildən sonraki həyat.
İnsanlar bu həyata niyə gəldi və ya dini kitablardaki kimi mənfəət dolu bir cənnət üçün mü gəldik?
Məntiq bunun harasındadır?
Nəyimiz məntiqlidir? İnanclar yoxsa bilinməyən hadisələr?
İllər öncə olanlar, yaşananlar yoxsa gələcəkdə olacaqlar?
Gəl sən bu böyük və qarışıq (xaos) dolu həyatda məntiq axtar.