Yeni Fikirlər
İpək Yolu'nun Qlobalizasiyaya Töhfəsi Kvant Fizikasının Büyüləyici Dünyası Sosial Media xəstəliyi: psixoloji sağlamlığımızı necə təhdid edir? Kvant Fizikanın Büyüləyici Dünyası Meditasiyanın Faydaları Ağstafa adını hardan alır? Əlini çöldə saxlamağa görə qanun haqqında Canon 7D Mark I ilə Foto Hekayəm – Real həyatın içindən görüntülər Epson L8180 ilə yeni dövr – Poyluda rəngin, detalın və xatirələrin ünvanı Öz Əllərimlə Qurduğum Yuvam – İkinci İlə Keçən Hekayə
Üzdən iraqları kim məşhurlaşdırır?
Üzdən iraqları kim məşhurlaşdırır?
Mən ümumiyyətlə sosial şəbəkə platformaların algoritmasını elə ağıllandırmışam ki, ümumiyyətlə seyrək halda yerli videolar göstərir, çox vaxt da maraqlı videolar göstərir əsasən də xarici mühəndislər və təbiət sevərlərə aid videolar rastıma çıxır. Amma dost tanışın telefonlarından qulaq şahidi oluram və ya telefonu format edəndən sonra yeni hesab açılanda gələn videolardan görürəm ki bu sosial şəbəkələrin alqoritması biz azərbaycanlılara çox səviyyəsiz şeylər göstərməyə davam edir. Niyə çünki biz baxanıq elə şeyə.

Mənə elə gəlir ki, xoşumuz gəlməyən adamları biz özümüz məşhurlaşdırırıq.
Baxırıq deyə məşhurlaşır, məşhur olduqları üçün baxırıq, yazırıq nəticədə daha da məşhurlaşırlar. Bunu mu istəyirik? Xeyr!

Bəs nə etməliyik?
Birazdan deyəcəm amma ilk öncə fikir verirsiz ki, sosial şəbəkələrdə ağıllı insanlardan daha çox məşhurlar kimlərdi?

Üzdən iraqlar, zövqsüzlər, bisavadlar, sırtıqlar, fırıldaqçılar, həyat qadınları və acınnan günorta duranlar.

Bu adamlar dünyanın hər yerində var, Amerikadan tutmuş, Yeni zellandiyaya kimi. Ən inkişaf etmiş ölkələrdə belə daha çoxdur.

Amma onlara maraq edən yoxdur. Bizim ölkə kimi hər səfeh şeyə reaksiya verən ikinci bir ölkə Türkiyə və bəzi müsəlman ölkələri olar deyə düşünürəm.

Keçən dəfə bir video çıxmışdı qarşıma bir Türk bloqer Əfqanıstana getmişdi elə küçədəcə az qalırdılar qadını zorlasınlar o da videoya çəkməyə davam edirdi.

Məncə elə bunun sirri budur. Onları vecə almamaq. Bir səviyyəsiz müğənni yarı-çılpaq şəkildə bir klubda mahnı mı oxuyur?
Buraxın oxusun yazma heçnə, görməzdən gəl, bu gedişlə onlara baxan qalar sizcə?
Baxırsan ki, bəyənən də rəy yazır, bəyənməyən də rəy yazır, sevən də baxır nifrət edən də.

İndi onlar olmasaydı mən də bu söhbəti etməzdim amma bu da bir bilgidir, təcrübədir. Mən belə edirəm və qarşıma heç biri çıxmır.
Şərhlər
Bəlkə baxdın
Ən Yaxşı Pulsuz AI Şəkil Generatorları (2025) Ən Yaxşı Pulsuz AI Şəkil Generatorları (2025)Ağstafa adını hardan alır? Ağstafa adını hardan alır?Həyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür? Həyat Vicdanlıdırmı? Yoxsa Sadəcə Davam Etmək Üçündür?İpək Yolu'nun Qlobalizasiyaya Töhfəsi İpək Yolu'nun Qlobalizasiyaya TöhfəsiAntik dövrdə  ən müasir şeylər nələr idi? Antik dövrdə ən müasir şeylər nələr idi?İctimai Çıxışın Sənəti İctimai Çıxışın SənətiYürüşün Faydaları Yürüşün FaydalarıSüni İntellektin Ruhi Potensialı Süni İntellektin Ruhi PotensialıKitab Oxumanın Faydaları Kitab Oxumanın FaydalarıFiziki Fəaliyyətin Sağlamlığa Önəmi Fiziki Fəaliyyətin Sağlamlığa ÖnəmiQədim Sivilizasyalar haqqında Qədim Sivilizasyalar haqqındaAntarktikanın Sirrləri Antarktikanın SirrləriVegetarianizmin Faydaları Vegetarianizmin FaydalarıSosial Media xəstəliyi: psixoloji sağlamlığımızı necə təhdid edir? Sosial Media xəstəliyi: psixoloji sağlamlığımızı necə təhdid edir?Mr.Robot kinosuna sən də baxmısan? Mr.Robot kinosuna sən də baxmısan?