Bir gün sakitcə oturub düşünməyə başladım — biz niyə hər şeyi ölçüb-biçmək istəyirik? Zamanı saniyələrlə bölürük, həyatımızı illərə, ayalara, günlərə parçalayırıq. Hisslərimizi də belə ölçürük: bu qədər sevdim, bu qədər itirdim. Bəs niyə heç kəs sadəcə yaşaya bilmir? Bəlkə də içimizdə bir tərəzi var və o, daim çəkməyə öyrəşib. Amma həyat tərəziyə sığmayan şeydir — o, ya yaşayılır, ya da əldən qaçır.
Bəzən bir an var ki, sən ona qiymət verə bilməzsən — o, sadəcə yaşanmalı olan bir andır. Və o an, bütün tərəzilər sənin üçün mənasız görünür. Mən də anlayıram ki, insan hər şeyi ölçmək istəyərkən, əslində hər şeyi itirir.
Biz niyə hər şeyi ölçürük?

chat Şərhlər 7